kitap başvuru, online kitap başvuru, internetten kitap başvurusu

“Türkcülüyün Məsələləri” yayımlandı

Oder Alizade‘nin yayınevimizdeki 3. kitabı Türkçülüyün Meseleleri okur karşısına çıktı.

Bu kitab Türkçülüyün görkəmli simalarından, Qafqaz İslam Ordusunun topçu zabiti, dünya şöhrətli alim Prof. Dr. Əhməd Cəfəroğlunun müxtəlif illərdə və fərqli dərgilərdə yazdığı fikri yazılarının toplanaraq, Azərbaycan Türkcəsinə uyğunlaşdırılması və kitablaşdırılması ilə ortaya çıxmışdır.

Kitabda; böyük bir alimə və fikir adamına yaraşan bir şəkildə Türkçülüyün Azərbaycanda keçdiyi çətin yol, Göyalp fikriyyatının Türk dünyasındakı təsiri və Atatürkün milliyətçi dünya görüşü kimi bugün də müzakirə mövzusu olan məsələlər dərin və sadə bir tətqiqin sonucu olaraq oxucuya təqdim edilmişdir.

Bunlardan başqa Sovet işğal rejimi zamanında Türk yurdlarında Türklüyə qarşı tətbiq edilən kültür imperiyalizmi içtimai həyatın bütün sahələrindən örnəklər verilərək göstərilməkdədir. Eyni zamanda, əsərdə Sovet rejimi zamanında Türkiyə-Azərbaycan əlaqələri, Çar Rusiyası dövründən başlayaraq Rusiyanın Türkiyəyə qarşı siyasəti araşdırılmışdır.

Türk oxuyucusu bu əsərlə həm Nihal Atsızın xocası Əhməd Cəfəroğlunun Türkçü fikir adamı yönünü kəşf etmiş olacaq, həm də bildiyi Türkçü şəxsiyyətlərin sırasına Cəfəroğlunun tanıtması ilə bir neçəsini daha əlavə etmiş olacaqdır və bununla da Türkçü fikriyatın nə qədər böyük şəxsiyyətlər yetişdirdiyini öyrənmiş olacaqdır.

Kategori : Yeni betikler - Etiketler : - Tarih : 19 Haziran 2020

Yorum Yaz
Ad Soyad :
E-mail :
Yorum :

1023

 

Kutlu Yayınevi | göksel sözcükleriñ yayıncısı

2012'den bugüne hayallerinizi gérçekleştirirken yanınızdayız.