kitap başvuru, online kitap başvuru, internetten kitap başvurusu

Balalarımıza Türkcə adlar verək – Odər Qutluər

Çocuklarımıza Türkçe Adlar Verelim

Kimliyin bir digər ifadəsi adlar və adlandırmalardır. Adlar, istər boy, istərsə də şəxs adlarında olsun bir kimlik ifadəsidir. İslam öncəsi dönəmdəki Türk boylarının Türklüyünü bəlirləyə bilməmizdəki ən önəmli əsaslardan biri onların daşıdıqları Türkçə adlar və adalma şəkilləridir. Belə ki, adın Türkçə olması ilə birlikdə, Türk boylarının adları da özəl durumlardan ortaya çıxırdı. Onları qısaca bu şəkildə sıralaya bilərik,

  1. – Sayılarına görə.
  2. – Yaşadıqları böləgəyə görə.
  3. – Məşğuliyyətlərinə görə.
  4. – Mifalogiyalarındakı inanca görə və s.

Bütün bunlar Türk boylarının ad alma özəlliklərinin kiçik bir parşası olmaqla birlikdə, onların kimliklərini təyin etməyimizə də yardımcı olurdu. Eyni zamanda tarixi bəlgələrin yetərsiz oldğu bəzi durumlarda da özəl adlar şəxslərin kimliklərini təyin etməyimizə kömək edir. Qısacası adlar tarix boyunca bir kimlik ifadəsi olmuşdur. Burada ifadə etdiyimiz kimlik sözünü geniş anlamı ilə qəbul etmək gərəkdir. Ad, tarix boyu bir çox durumlarda etnik kimliyi bildirməklə birlikdə, kültürəl və dini kimliyi də ifadə etməkdədir.

Biz Türklər, öz inancımızı itirdikdən sonra bir çox başqa dinləri qəbul etdik və tarixən Manixeyizim, Buddizim, Xristiyanlıq və nəhayət İslam dini içərisində təmsil olunduq. Hər din millətlərin mədəniyyət dünyalarında bir sıra dəyişikliklərə səbəbiyyət verir. Bunlar bəzən olumlu, bəzən də olumsuz sonuclar doğura bilir.

Biz Türklər öz dinimizi itirdikdən sonra qəbul etdiyimiz yeni dinlər bir çox dəyərlərimizin yox olmasına səbəb oldu. Bunlardan ən birincisi Türk damğaları, yəni Türk yazısıdır. Ən son Uyğur Türkləri tərəfindən də işlədilən Türk damğalarımız, Uyğurların, İrani bir xalq olan Soğdların Mani dinini qəbul etməsindən sonra, yeni dinin də təsiri ilə, öz dinlərini itirdikləri kimi, Türk dininin ifadə edildiyi Türk damğalarını da itirmələrinə səbəb oldu və Soğd yazısını işlətdilər. Yeni dinin gəlişi sadəcə damğaların deyil, Türklərə özgü bir çox kültür dəyərlərinin itirilməsinə də səbəb oldu.

Yeni dinlər bizlərdə bir sıra dəyərlərin itməsinə səbəb olduğu kimi, yeni “dəyərlərin” də gəlməsinə səbəb olurdu. Bu “dəyərlər” sadəcə yeni əlifba deyil, eyni zamanda yeni adlar, yeni gələnəklər toplamından ibarət olurdu. Qəbul etdiyimiz yeni dinlərin təsiri ilə yeni adlar alırdıq. Dilimizə də yeni sözlər daxil olurdu.

Günümüz Türk dünyasında və o cümlədən Azərbaycanda insanlarımız, öz Türkcə adlarımızdan daha çox ərəbcə və farsca adlar daşıyırlar. Türklər İslam dinini qəbul etdikdən sonra, ərəbcə adlar almağa başladılar. Bu gələnəyi ilk dəfə İslam dinini qəbul edən Türk xaqanları başlatdılar. Artıq günümüzdə sıradan hər kəsin belə ərəbcə və farsca adları vardır. Farsca adlar isə İran olaraq ifadə edilən mədəniyyət dairəsi ilə iç-içə olmağımızdan qaynaqlanaraq qəbul edildi. Ancaq bu təsir qarışılıqlı olmadı. Türklər, ərəb və fars adları aldılar. Ancaq heç bər ərəb ya da fars övladına Türkçə ad vermədi. Biz isə çox zaman anlamını belə bilmədiyimiz və hətta uyğunsuz anlamları olan adları aldıq və balalarımıza verdik. Bu durum hələ də davam etməkdədir. Ərəb coğrafiyasını gəzsək, görərik ki, heç bir Ərəb, balasına Türkçə ad verməmişdir.

Ərəbcə və Farsca ad verməyi bir çox zamanlarda valideyinlərimianamıza və atamıza görə edirik. Dünyaya gələn balalarımıza atamızın ya da anamızın Ərəbcə və Farsca adlarını veririk. Əlbəttə hər kəsin öz anasının, atasının adı onun üçün əzizdir və belə də olmalıdır. Hansı dildə olmasından asılı olmayaraq… Ancaq bir məsələ var ki, biz ulu atalarımızın, analarımızın da adlarını yaşadmalıyıq. Bu adlar, anamızın, atamızın öz dilində olan adlardır. Biz sadəcə öz anamızın atamızın ya da babamızın adlarını yaşatmağı düşünməməliyik. Çünkü bu adların çoxsu ərəbcə və farsca adlardır. Biz daha da keçmişə gederek ulularımızın Türkcə adlarını yaşatmalıyıq ki, təhrif edilən kimliyimiz özə dönsün.

Bunun xaricəndə bir də, sıradan bir şəkildə yayqın olan Ərəbcə və Farsca adlara da rast gəlirik. Həyatda heç nə üçün gec deyil. Əgər bu iş, özə dönməkdirsə, son nəfəsdə belə gec olmayacaqdır.  Ad bir kimlik ifadəsidir. Bu kimlik sadəcə etnik deyil, kültürəl və mədəni bir kimlikdir. Bugün Xristiyan olan Qaqauz Türklərinin adları Xristiyan adlarıdır. Örnək olaraq, qarşımıza bir siyahı gəlsə və orada, Anastasya İvanoviç, Feadora Sergeyovna ve s. kimi adlar yazılsa, biz ilk baxışdan adlarını oxuduqlarımızın Slavyan olduqlarını düşünəcəyik… Nə qədər acı bir durum, dillərini qorumuş olsalar da öz adlarını qoruya bilməmişlər. Bizim durumumuz da onlardan heç fərqli deyildir. Bizdə İslam dinini qəbul etdiyimiz üçün ərəbcə adlar almışıq. Buradaki sorun qəbul edilən din deyil, kimliyimizi təhrif edərcəsinə qəbul etdiyimiz yad adlardır.

Adlarımızın Türkçə olduğuna diqqət göstərdiyimiz kimi, soyadlarımızın da Türkçə olmasına çalışmalıyıq. Rusların torpaqlarımızı işğal etməsi ilə kimliyimizin bir ifadəsi olan soyadlarımıza daxil olan “ov, ova, ev, eva, yev, yeva” kimi soyad sonluqlarından da qurtulmalıyıq. Azərbaycan dövlətinin qanunları soyadlarımızı dəyişdirməyə imkan verir. Ancaq bunları edərkən də Rus soyad sonluqları kimi bizlərə yad olan “zadə” soyad sonluğunu da atmalıyıq. “Zadə” soyad sonluğunun dilimizə girməsi və soyadlarımızda özünə yer tapması tarixi daha qədim olsa da, mahiyət olaraq ikisi də eynidir. Birincisi Rus, digəri isə Fars emperyalizminin bir ürünüdür.

Tariximizdə soyad sonluğu “zadə, ov, yev” və s. ilə bitən dəyərli aydınlarımız vardır. Bizdən öncəkilər bu cür bir dəyişikliyə getməyibsə, biz də etməməliyik yanlışlığına düşməməliyik. Bir millətin yeni nəsli öncəkinə görə daha az bilgili və cəsarətli olmazsa gəlişmə olmayacaqdır.

Bugün bir Ərəbi, Farsı, Çinlini, Rusu, Gürcünü, Yunanı və s. millətlərə mənsub insanları adlarından tanımaq olur. Dünyadakı birçox xalqlar öz kimliklərinin bir parçası olan adlarını qoruyub saxlayıblar. Ancaq biz Türklər, Rus, Fars və Ərəb adları içrisində bu özəlliyimizi itirmiş durumdayıq.

Kimliyin önəmli bir parçasını oluşduran öz adlarımıza dönməliyik. Özümüz Türk, sözümüz Türkcə olduğu kimi adlarımız da Türkçə olmalıdır. İnsan gərək söylədiklərinə əməl etsin. Yəni sözü və özü bir olsun. Mən də, örnək olmaq və özüm olmaq üçün öz soyadımda öz-Türkçə bir dəyişikliyə getdim. Adım öz-Türkçədir, Odər. Soyadımın sonluğu farsca “zadə”, kökü isə Ərəbcə “Əli”. Əlizadə soyadı, mənim mənsubu olduğum soy üçün tarixi bir anlam ifadə etsə də, mən bu dəyişikliyə getdim. Çün ki, Türk kimliyimin ifadəsi olan Türkçə adımızı, öz soyadımın xatirəsindən üstün tutdum. Bu barədə uzun zamandır ki düşünürdüm. Ancaq atamın və babamın xatirəsindən dolayı cəsarət etmirdim. Son günlərdə isə Prof. Dr. Nəsib Nəsibli ilə söhbətimizdə, hocanın, mənim də düşündüyüm xüsusları vurğulaması və təkidlə bu dəyişikliyə çağırması məni cəsarətləndirdi. İnanıram ki, mənə Türkçülüyü ilk aşılayan, atam Elşən Əlizadənin ruhu da bu durumdan ötrü şaddır.

İndi isə, balalarımıza vermək üçün dərlədiyimiz bir sıra öz-Türkçə adlarımızı sizlərə önəririk. Siz bu adlarla yetinməyin, bunlar sadəcə kiçik bir örnəkdir. Türkcəmiz zəngin bir dildir, Türkçə sözlərdən yeni adlar da ürətmək olar. Yetərki Türkçə və anlamlı olsun. Bu səbəbdən burada verəcəyimiz adlar sadəcə örnək olmaqla birlikdə qısa bir siyahıdan ibarət olacaqdır.

Oğlan adlar: Ataxan, Ataqan, Atabəy, Atabilgə, Atilla, Atsız, Altay, Alp, Alpərən, Alparslan, Bilgəxan, Bilgə, Börütegin, Batıxan, Bars,  Törəbəy, Törəçi, Törəxan, Odtegin, Odgurmuş, Odbilgə, Doğuxan, Hunər, Huntürk, Ərtürk, Türkeş, Göyhun, Göytürk, Ərsak, İltəbər, İltəriş və s.

Qız adları: Aytörə, Bilgəxanım, Bengü, Bengüsu, Elbbilgə, Güntülü, Konçuy, Irmaq…  və s.

Yazan: Odər Qutluər

______________
Yayıncı notu: Bu yazı yayınevimiziñ yazarlarından Oder Kutluer’e ait olup yazıda herhangi bir düzenleme yapılmayarak olduğu gibi okurlara sunulmuştur.

Kategori : Genel, Kutlu Köşe Yazıları - Etiketler :, , , , , , - Tarih : 29 Ağustos 2021

Yorum Yaz
Ad Soyad :
E-mail :
Yorum :

1371

 

Kutlu Yayınevi | göksel sözcükleriñ yayıncısı

2012'den bugüne hayallerinizi gérçekleştirirken yanınızdayız.